Dünya futbolu
Bellingemin əvəzinə Fernandes
Cud Bellingemi transfer etmək istəyən “Real” ehtiyatı əldən vermir. İngiltərə millisinin gənc yarımmüdafiəçisinin qiymətinin həddindən artıq yüksəlməsi üzündən madridlilər alternativ varianta yönəlir.
Futbolinfo.az xəbər verir ki, Bellingemin transferi “Real”ın əsas hədəfidir. Amma Dortmund “Borussiya”sı bir neçə qitə nəhənginin hədəfinə düşən futbolçunun qiymətini hər gün artırır. Bu səbəbdən “Kral Klubu” digər futbolçuya diqqətini artırıb.
Söhbət “Benfika”nın gənc ulduzu Enzo Fernandesdən gedir. 21 yaşlı argentinalının transfer qiyməti 35 milyon avrodur və madridlilər onun keçidini həll etməyə yönəlib. Lissabon klubu ilə 2027-ci ilə kimi müqaviləsi olan Enzo elə bu qış İspaniyada peyda ola bilər.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”