Dünya futbolu
Bennaserdən Lukakuya dəstək: “İrqçiliyə qarşı hərəkətə keçmək vaxtıdır”
“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser Romelu Lukakuya dəstək olub. Şəhərin digər komandası olan “İnter”də çıxış edən belçikalının irqçi təzyiqlərə məruz qalması onu da əsəbləşdirib.
Futbolinfo.az xəbər verir ki, Bennaser bunları deyib: “Rasizmə stadionlarda və başqa heç bir məkanda yer yoxdur. A Seriyasında hərəkətə keçmək zamanıdır. Hər il eyni problemi yaşayırıq və dəyişən heç nə yoxdur”.
Xatırladaq ki, dünən İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Yuventus” – “İnter”i qəbul edirdi. 1:1 başa çatan matçın gedişində turinli azarkeşlər əvvəldən sonadək Lukakunu təhqir etdi. Belçikalı son dəqiqələrdə vurduğu qoldan sonra azarkeşlərə cavab jesti etdi və meydandan qovuldu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?