Dünya futbolu
Benzema Ronaldonun rekordunu təkrarladı
“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında komandanın sabiq futbolçusu Kriştianu Ronaldonun rekordunu təkrarlayıb. 34 yaşlı forvard buna turnirin yarımfinal mərhələsində “Mançester Siti” ilə cavab görüşündə fərqlənməklə nail olub.
O, 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Benzema 2021/2022 mövsümündə ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da fransalı futbolçu Ronaldonun 2017-ci ildəki rekordunu təkrarlayıb.
Qeyd edək ki, “Real” finalda “Liverpul”la üz-üzə gələcək. Deməli, Kərimin Ronaldonu keçmək şansı da var.