Dünya futbolu
Benzema yaşıl meydanlara nə vaxt dönəcək?
“Real”ın hücumçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, zədə səbəbindən DÇ-2022 üçün Fransa yığmasının heyətindən çıxarılan 34 yaşlı futbolçunun vəziyyəti getdikcə düzəlir.
“Kral klubu”nun həkimləri Benzemanın dünya çempionatından dərhal sonra madridlilərin ilk çempionat matçına hazır olacağını düşünür. Benzemanın La Liqanın 15-ci turu çərçivəsində, dekabrın 30-da “Valyadolid”lə qarşılaşmada meydana çıxa biləcəyi ehtimal olunur.
Benzema bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 12 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı