Ölkə futbolu
“Beşiktaş” israrlıdır: yayda rəsmi müraciət edəcəklər
Uğursuz mövsüm keçirən “Beşiktaş” indidən növbəti mövsümün çalışmalarına başlayıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərliyin ilkin transfer siyahısı da artıq hazırdır.
İstanbul nəhəngi hücum xəttini “Qarabağ”ın qolçusu Juninyo ilə gücləndirmək qərarında qəti görünür. Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə səfər oyununu canlı izləyən idman direktoru Samet Aybaba braziliyalının keçidi ilə bağlı müsbət rəy verib.
Türkiyə klubu öz növbəsində mövsümün sonunda “Qarabağ”la danışıqlara başlamaq qərarı alıb. Juninyonun ağdamlılarla müqaviləsi 2026-cı ilin yayına qədər olduğundan, transfer reallaşarsa, Azərbaycan çempionu təzminat qazanacaq.
Qeyd edək ki, Juninyo bu mövsüm bütün turnirlərdə keçirdiyi 43 oyunda 23 qol vurub, 7 məhsuldar ötürmə verib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı