Dünya futbolu
“Beşiktaş”ın müdafiəçisi bir aylıq sıradan çıxdı
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin mərkəz müdafiəçisi Fransisko Montero sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçunun Türkiyə kuboku çərçivəsində keçirilmiş “Konyaspor”la görüşdə sol dizindən zədələndiyi bildirilir.
Montero azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. O, Super Liqa çərçivəsində “Gənclərbirliyi”, “Dənizlispor”, “Yeni Malatyaspor” və “Qaziantep”lə görüşlərdə forma geyinə bilməyəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…