I Liqa
Bölgə futbolu: “Mingəçevir” hazırlığa başladı

“Futbolinfo” Bakıdan kənarda da futbolun sevildiyinin, hətta bölgələrdə daha populyar olduğunun fərqindədi. Son vaxtlar məlum səbəblərdən regionlara kifayət qədər diqqət yetirə bilmirdiksə, artıq MEDİA-nın dəstəyi sayəsində paytaxt sərhədlərini daha tez-tez aşmağa çalışacağıq. Bu işdə bizimlə əməkdaşlığa başlayan bölgə müxbirlərlərimiz yardımçımız olacaq.
*
Yeni mövsümə yalnız Premyer Liqa klubları hazırlaşmır. Divizion təmsilçiləri də işə başlayıb. Düzdü, aşağı dəstədə yarışların start tarixi, iştirakçı sayı və s. bir çox mətləblər hələ dəqiqləşməyib. Bununla belə, uzun həsrətdən sonra böyük futbol üçün darıxanlar indidən qolunu çıxrmayıb.
Növbəti mövsümdən futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda mübarizə aparacaq “Mingəçevir” də hazırlıqlara start verib. Nur şəhərinin təmsilçisi iyulun 11-dən Yaşar Məmmədzadə adına şəhər stadionunda toplanıblar.
Hazırlıq prosesində Azər Həşimovun rəhbərlik etdiyi məşqçilər korpusu hələlik baxışa gələn futbolçuları sınayır. Onlar həm məşqdə, həm də ikitərəfli oyunlarda “ələkdən keçirilir”. Futbolçular gənc mütəxəssisin etimadını qazanmağa çalışır.
Ümumiyyətlə baxışa 20 futbolçu dəvət olunub. Seleksiya xarakterli toplanış avqust ayının 2-dək davam edəcək. Daha sonra komanda bir sıra yoxlama görüşündədə qüvvəsini sınayacaq.
BƏHRUZ MUSAYEV


- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-08-31 08:00
“Qarabağ” bu gün Avroliqanın qrupuna vəsiqəni təmin edə bilər
- I Liqa2023-08-31 15:00
Yevlax stadionunda yeni tablo
- Ölkə futbolu2023-08-31 22:32
Qurban Qurbanov: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi”