Digər idman növləri
BÖLGƏ İDMANI: Qızıl medal milli komandaya yolunu açdı
Ötən həftə paytaxt Bakıda gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda yevlaxlı tatami ustaları da mübarizə aparıblar.
Birinciliyə 4 cüdoçu ilə qatılan yevlaxlıların qazancı iki medal olub. 70 kq çəki dərəcəsində mübarizə aparan Pərvanə Abdullayeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün 1-ci pilləsində qərar tutub. 55 kq-da Hüseyn Sadıqov isə finalda uduzaraq birinciliyi gümüş medalla başa vurub.
Ümumi komanda hesabında yevlaxlılar yarışı 4-cü pillədə başa vurublar. Komandanın baş məşqçisi Naib Balaşov tələbələrinin yarışdakı çıxışını uğurlu hesab edir.
Qeyd edək ki, Pərvanı Abdullayeva yarışda göstərdiyi yüksək nəticəyə görə Azərbaycanın gənclərdən ibarət milli komandasına cəlb olunub.O, milli ilə mart ayında təşkil olunacaq təlim məşq toplanışında iştirak edəcək.
BƏHRUZ MUSAYEV, YEVLAX