Dünya futbolu
“Borussiya” Mukokonu itirmək istəmir
Dortmund “Borussiya”sı Yussuf Mukoko ilə yeni müqavilə imzalamağa çalışır. Bundesliqa təmsilçisi istedadlı oyunçusunu itirmək istəmir.
Əslən Kamerundan olan, amma Almaniya yığmasında çıxış edən 18 yaşlı futbolçunun dortmundlularla müqaviləsi önümüzdəki yay başa çatır. “Borussiya” onun hansı istedada sahib olmasını bilir, xeyli müştərisinin olmasından da xəbərdardı. Ona görə futbolçu ilə yeni müqavilə imzalayıb, daha sonra satmağı planlayırlar.
Mukoko da hazırkı klubunda qalmaqda maraqlıdır. Tezliklə mövcud müqavilənin müddətinin uzadılması realdı.