Dünya futbolu
“Borussiya”da ciddi itki
Ötən gecə UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərənin “Çelsi” klubuna uduzaraq mübarizəni dayandıran Almaniyanın “Borussiya” (Dortmund) komandası heyətlə də bağlı ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, dortmundluların yarımmüdafiəçisi Yulian Brandt bu matçın əvvəlindəcə zədələnərək 5-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
26 yaşlı alman futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.
Brandt bu mövsüm “Borussiya”nın heyətində meydana çıxdığı 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Borussiya” “Çelsi”yə doğma meydanda 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…