Dünya futbolu
“Borussiya”nın futbolçusu rəsmən “Mançester Yunayted”də
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.
21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
Almaniya mətbuatının xəbərinə görə, “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ceydon Sonçu 2020/2021 mövsümündə “Borussiya”da 38 oyuna çıxıb, 16 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.