Layihə
Böyük uğura gedən yolda ilk hədəf

Taekvondo hazırda Yevlaxda inkişaf edən fərdi idman növlərindən sayılır. Məhz yerli məktəbin yetirməsi olan 14 yaşlı Elmir Kərimov ölkədaxili yarışlarda uğurlu nəticələr qazanmağı bacarıb. O, son zona birinciliyində 41 kq-da bütün rəqiblərini arxada qoyaraq fəxri kürsünün ilk pilləsində qərar tutmağı bacarıb.

4 ildir bu idman növü ilə məşğul olan Elmirin əsas məqsədi qarşıdan gələn respublika birinciliyində yaxşı nəticə əldə edib milli komandanın tərkibinə seçilməkdi. Bunun üçün o, həftə ərzində Nicat Haqverdiyevin rəhbərliyi altında təşkil olunan təlim-məşq toplanışlarında səylə hazırlaşır. Məqsəd dəyişilməz olaraq qalır: ölkə çempionu olmaq və növbəti hədəflərə doğru yönəlmək.
Elmirin şəxsi məqçisi Nicat Haqverdiyev də tələbəsinin hazırlıq prosesindən razıdı. O, Kərimovun qarşıdan gələn önəmli yarışlarda uğurlu nəticə qazancağına inanır.

Qeyd edək ki, Yevlax taekvondo məktəbində hazırda 80-ə yaxın uşaq bu idman növünün sirrlərinə yiyələnir. Məktəbdə uşaqlarla yanaşı yeniyetmə və gənc taekvondoçular da hazırlıq prosesində iştirak edirlər.
Onu da qeyd edək ki, ölkə çempionatına 8 taekvondoçu ilə qatılacaq yevlaxlıların əsas məqsədi doğma rayonlarına medallarla qayıtmaqdır.
BƏHRUZ MUSAYEV, YEVLAX
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


- Ölkə futbolu2023-08-28 13:11
Şəxsi maraqlar üzündən reallaşan təxribat, yoxsa məsuliyyətsizlik : “Qarabağ”ın oyunu niyə yayımlanmadı?
- Premyer-liqa2023-08-29 10:11
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-08-28 08:30
“Neftçi”də müqavilə günü – biri yerli, digəri legioner
- Ölkə futbolu2023-08-28 08:00
Bütün dövrlərin ən bərbad “Qəbələ”si