Dünya futbolu
“Brayton” argentinalı istedadla anlaşdı
“Brayton” Valentin Barkonu heyətinə qatır. İngiltərə klubu argentinalı yarımmüdafiəçi ilə razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, 19 yaşlı “Boka Xuniors” yetirməsi üçün hansı məbləğin ödəniləcəyi açıqlanmır. Amma Premyer Liqa təmsilçisinin sonrakı satışlardan Argentina klubuna böyük bonus verəcəyi dəqiqdir.
“Brayton” 5 illik müqavilə bağlamağı planladığı futbolçunun müqaviləsinə 10 milyon avroluq stınalma bəndi salacaq.