Digər idman növləri
Britaniyalı çempion məşqlərə başladı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
20 yaşlı britaniyalı tennisçi Emma Radukanu yenidən məşqlərə başlayıb. Xatırladaq ki, Emma 2021-ci ildə “US Open”in qalibi olub.
İdmançı Kayl Edmundla məşqinin videosunu sosial şəbəkə hesabında yayıb. Altından isə “Korta qayıdış” sözlərini yazıb.
Xatırladaq ki, bu yaz tennisçinin hər iki əli əməliyyat olunmuşdu. Bundan başqa pəncəsinə də cərrahi müdaxilə edilmişdi. Məhz bu səbəbdən də o, “Rolan Qarros” və “Uimbldon” turnirlərini buraxmaq məcburiyyətində qalmışdı. Onun bu ayın sonunda başlanacaq “US Open”də də iştirakı qeyri-mümkündür.
Qeyd edək ki, Radukanu 2 il əvvəl heç kimin gözləmədiyi halda 18 yaşında Amerika Birləşmiş Ştatları açıq çempionatının qalibi olmuşdu. Ondan sonra Emma heç bir “Böyük dəbilqə” seriyalı turnirdə 2-ci mərhələdən uzağa gedə bilməmişdi.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq