Ölkə futbolu
“Bu, bizim üçün daha faydalı olacaq” – “Neftçi”nin futbolçusu
“Hazırlığımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq”.
Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Tallison Dias klubun telekanalına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
Braziliyalı müdafiəçisinin sözlərinə görə, indiki məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır:
“Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq”.
“Keşlə” ilə yoxlama matçında (4:3) dubl edən Tallison, komandaya kömək etdiyi üçün şad olduğunu bildirib:
“Sevindirici haldır ki, son oyunda iki qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orda etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…