Dünya futbolu
Bundesliqa klubundan ayrıldı, Braziliyaya üz tutdu
“Ayntraxt” argentinalı hücumçusu Lukas Alario ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı forvard Braziliyanın “İnternasyonal” klubuna keçib.
“İnternasyonal” bu transferə görə Almaniya klubuna 3 milyon avro ödəyib. Hücumçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Alario “Ayntraxt”a 2022-ci ilin yayında “Bayer”indən gəlmişdi. O, Bundesliqa təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.