Ölkə futbolu
Cavid Hüseynov yeni klubu ilə müqavilə imzaladı
Yeni mövsümdə II Liqada mübarizə aparacaq “Cəbrayıl” Cavid Hüseynovun rəhbərliyi altında çıxış edəcək. 35 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Cavid Hüseynov 1988-ci ildə Cəbrayıl şəhərində anadan olub. Futbolçu kimi “Turan”, “Neftçi”, “Adana Demirspor”, “Bakı”, “Qəbələ”, “Zirə” klublarında çıxış edib. 2021-ci ildən “Cəbrayıl”da məşqçi karyerasına başlayıb. 2022/23 mövsümündə Premyer Liqada “Şamaxı” klubuna rəhbərlik edən Hüseynov yenidən doğma klubuna qayıdıb.