Ölkə futbolu
Cavid Tağıyevin min manatlıq seçimi
Cavid Tağıyev yeni mövsümə Qərb klubunda başlayacaq. Amma o, doğma rayonu Tovuzun yox, Gəncənin təmsilçisində çıxış etməyi lazım bilib.
Bir müddət “Turan Tovuz”un düşərgəsində hazırlıq keçən yarımmüdafiəçi az öncə “Kəpəz”ə yollanıb. Buna Gəncə təmsilçisinin daha yaxşı maaş təklif etməsi səbəb olub. Qonşu şəhərdə 1000 manat artıq maaş alacaq Cavidin seçimində məhz bu amil rol oynayıb.
Maraqlıdı ki, Tağıyev hələ bu komandada da müqaviləsini rəsmiləşdirməyib. Amma gəncəlilər həqiqətən onun xidmətində maraqlıdısa, tələsməlidilər. Çünki hər gün daha yaxşı variantlar axtaran Cavid istənilən an başqa klubun düşərgəsində görünə bilər.