Dünya futbolu
“Çelsi” Enrikedən imtina etdi
Luis Enrike “Çelsi”nin baş məşqçisi olmayacaq. “Zadəganlar” ispan mütəxəssislə danışıqları dayandırıb.
Futbolinfo.az xəbər verir ki, uzun müddətdir aparılan danışıqlar bu həftə başa çatıb. Enrikenin istəkləri rəhbərlik tərəfindən qəbul edilməyib. Bir sıra yeni transferləri bəyənməyən məşqçi onları göndərib yenilərin gətirilməsini tələb edib. London klubunun başbilənləri isə heyətin formalaşdığını və məhz bu oyunçularla nəticə qazanmağın vacibliyini vurğulayıb. Enrike isə özünü bu layihədə görmədiyini bildirib.
Ötən ilin sonunda İspaniya millisindən bəri işsiz olan Enrike indi diqqətini digər təklifə yönəldəcək. Belə ki, “Tottenhem” də bu məşqçinin xidmətində maraqlıdır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?