Dünya futbolu
“Çelsi” Feliksi birdəfəlik alır
“Çelsi” Joao Felikslə bağlı qərarını verib. Klub rəhbərliyi və məşqçilər portuqaliyalının çıxışından razıdır.
Futbolinfo.az xəbər verir ki, istedadlı oyunçunun London klubunda debütü uğursuz alınmış, o, debütdəcə qırmızı vərəqə almışdı. Amma cəzadan dönən kimi ilk matçında qol vuran Feliks oyunu ilə də rəğbət qazandı.
İndi “Çelsi” rəhbərliyi futbolçunun qərrını gözləyir. “Atletiko”dan mövsümün sonuna kimi icarəyə götürülən Joao razılıq verərsə, onun birdəfəlik transferi həll ediləcək. İngiltərə klubu madridlilərə 120-130 milyon avroluq transfer təklifi göndərməyə hazırdır.