Digər idman növləri
Çempion komandada böyük qalmaqal
Avstriyanın “Red Bull” konserni Formula 1 komandasının rəhbəri Kristian Hornerə, aparılan araşdırmalarla əlaqədar könüllü olaraq vəzifəsindən getməyi tövsiyə edib. Bu barədə “Motorsport-Total” xəbər yayıb.
Həmçinin bildirilir ki, “Red Bull”da Hornerin kompromat davranışı ilə bağlı materiallar var. O, şirkət işçilərindən birinə qarşı qeyri-adekvat rəftarda ittiham edilir. Hələlik proseslə bağlı təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, Avstriya konserni bir neçə gün əvvəl belə proseslərdə təcrübəsi olan kənar hüquqşünas cəlb etməklə F1 komandası daxilində müstəqil araşdırma aparacağını bildirmişdi. Hornerin özü başlayan qalmaqalla bağlı sualı cavablandırarkən bütün ittihamları qəti şəkildə rədd etdiyini bildirib.
Kristian Horner 2005-ci ildən “Red Bull”un icraçı direktorudur və bu müddət ərzində komanda altı dəfə mühəndislər kubokunun qalibi olub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var