Dünya futbolu
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya “Vilyarreal”ının qapıçısı Xeronimo Ruli layiq görülüb.
30 yaşlı argentinalı qolkiper İtaliyada “Yuventus”a 3:0 hesabı ilə qalib gəldikləri oyunda 5 seyvlə yadda qalıb. Onun komandası isə bu darmadağın sayəsində 1/4 finala yüksəlib. İspaniyadakı ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı – 1:1.
Xatırladaq ki, ÇL-də həftənin ən yaxşısı adına Darvin Nunyes (“Benfika”, Portuqaliya), Koke (“Atletiko”, Madrid, İspaniya) və Kristian Pulişiç (“Çelsi”, İngiltərə) də namizəd idi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…