Dünya futbolu
Çerçesov ukraynalı futbolçuya “Qarabağ”la oyunlarda da ehtiyac duymadı
Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkovu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib.
Futbolinfo.az xəbər verir ki, ”Qarabağ”a qarşı oyunlarda çıxış edə biləcək oyunçuların adları UEFA-nın rəsmi saytında dərc olunub. Zubkov ardıcıl üçüncü dəfə siyahıya düşməyib. O, ilk iki təsnifat mərhələsində Qazaxıstan “Tobol”u və Slovakiya “Slovan”ı ilə qarşılaşmaları da buraxıb.
Zubkov sonuncu dəfə iyunun 11-də Ukrayna yığmasının Ermənistana qarşı Avropa çempionatının seçmə matçında meydana çıxıb. Bundan sonra 25 yaşlı yarımmüdafiəçi nə yoldaşlıq görüşlərində, nə də rəsmi oyunlarda forma geyinib. Ukraynalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
“Ferentsvaroş” “Qarabağ”la ilk oyununu avqustun 3-də Bakıda, cavab qarşılaşmasını avqustun 9-da Budapeştdə keçirəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var