Dünya futbolu
Cerrardın Ərəbistanda tapdığı ailə duyğusu
“Əl İttifaq”a baş məşqçi təyin olunan Stiven Cerrard Səudiyyə Ərəbistanına gedişinin səbəblərindən danışıb. O, Asiya klubunu yalnız maliyyəyə görə seçmədiyini bildirib.
Futbolinfo.az xəbər verir ki, Cerrard ailə duyğularından danışıb: “Səudiyyə Ərəbistanında ailə duyğusu hiss etdim. Məni çox xoş qarşıladılar. Hər zaman sırasıyla düşündüyüm üç şey var: öncə qərarlarımın ailəmin ürəyincə olması lazımdır; ikincisi futbol layihəsinin ciddi olmasıdıdır; sonuncusu özünə güvən hiss etməkdir”.
Cerrard “Əl İttifaq”da hər şeyin ürəyincə olduğunu deyib. O, iddialı komanda qurmaq niyyətindədir.