Dünya futbolu
ÇL-də 2019/20 mövsümünün son püşkü atılır
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün sonuncu püşkatma mərasimi keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 14:00-da start götürəcək mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşəcək.
Püşkatmada eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola biləcəklər.
1/4 final mərhələsinin 4 iştirakçısı artıq məlumdur: “Atalanta” (İtaliya), “Atletiko” (Madrid, İspaniya), “Leyptsiq” (Almaniya) və PSJ (Fransa).
Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək. Qarşılaşmalar ev sahibi komandaların meydanlarında oynanılacaq.
“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) İlk oyun – 3:0
“Barselona” (İspaniya) – “Napoli” (İtaliya) İlk oyun – 1:1
“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) İlk oyun – 2:1
“Yuventus” (İtaliya) – “Olimpik” (Lion, Fransa) İlk oyun – 0:1
1/4 finaldan isə oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.
12-15 avqust
1/4 final
18-19 avqust
Yarımfinal
23 avqust
Final
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…