Ölkə futbolu
ÇL: “Qarabağ”ın növbəti rəqibi bəlli oldu
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq.
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi “Şerif”i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
“Qarabağ” isə ÇL-in 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”u (Macarıstan) mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. “Qarabağ” “Viktoriya”ya qarşı ilk oyununu evdə, cavab matçını səfərdə keçirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”