Digər idman növləri
Cokoviçin yolu açıldı
Nyu-Yorkda keçirilən “US Open” tennis turnirində sensasiyalar davam edir.
Məlum olduğu kimi, püşk zamanı tennisçilər iki tərəfə bölünürlər. Dünya reytinqinin 1 nömrəsi Karlos Alkarasın tərəfində hələlik sensasiya yoxdur. Güclü tennisçilər mübarizəni davam etdirirlər. Novak Cokoviçin tərəfində isə ardıcıl gözlənilməz nəticələr qeydə alınır. Həmin hissədə Novakdan sonra ən güclü reytinqə malik Holger Runenin məğlubiyyətindən sonra, dünən daha bir neçə nəfər gözlənilmədən turnirlə vidalaşıb.
Keçən il burada final oynamış Kasper Ruud 5 setlik mübarizənin ardından məğlubiyyətlə barışıb. Norveçli tennisçi çinli Çjan Çjiçjen səddini aşa bilməyib (4:6, 7:5, 2:6, 6:0, 2:6).
Ondan bir qədər əvvəl Stefanos Tsitsipas da mübarizəni dayandırıb. Yunanıstanlı tennisçi İsveçrə təmsilçisi Ştrikerə 5 setdə məğlub olub.
Beləliklə, Cokoviçin tərəfində demək olar ki, güclü tennisçi qalmayıb. Bu isə onun finala qədər yolunu xeyli rahatlaşdırıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza