Digər idman növləri
Coşuanın növbəti rəqibi bəllidir
4 boks təşkilatının versiyasına görə dünya çempionu titulunu daşıyan Entoni Coşuanın növbəti rəqibi müəyyənləşib.
Qarşıdakı planlarla bağlı boksçunun promouteri məlumat verib: “Bizim 3 döyüşlük planımız var: Helenius, Vaydler və Tayson Fyuri. Yanvar ayını döyüş üçün münasib vaxt sayırıq. Həmin müddətdə döyüş keçirmək üçün müqavilə imzalamağa hazırıq. Səudiyyə Ərəbistanı tarixin ən böyük döyüşlərindən birini qəbul etməyə hazır olduğunu bildirib. Biz də buna razıyıq. Növbəti rəqib Deonti Vaydler olacaq”.
Xatırladaq ki, Coşua karyerası ərzində yalnız 3 dəfə məğlub olub, 26 qələbənin 23-nü nokautla əldə edib. Vaydler isə 45 döyüşdən yalnız ikisində məğlubiyyətlə üzləşib, qələbələrinin 42-ni isə nokautla qazanıb. Məğlubiyyətlərinin hər ikisi Tayson Fyuri ilə döyüşdə baş verib.
Əlavə edək ki, dünən Londonda keçirilən peşəkar boks gecəsində britaniyalı Entoni Coşua finlandiyalı Robert Heleniusu 7-ci raundda nokauta göndərmişdi.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir