Digər idman növləri
Cüdoçularımız Özbəkistanda beynəlxalq təlim-məşq toplanışında
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesi sentyabrın 7-dək davam edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışa Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Türkiyə, Finlandiya, Yunanistan, Moldova, Küveyt, Tanzaniya və İsraildən 400-ə yaxın idmançı qatılıb.
Hazırlıq prosesində Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 27 üzvü yer alıb.
Cüdoçulara ACF-nin vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç rəhbərlik edir.
Toplanış 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə tunirinə və Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç