Dünya futbolu
Dadaşovlu “Şalke”dən heç-heçə
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 22-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq
- Ölkə futbolu2024-04-27 11:18
İnfantino “Qarabağ”ı təbrik edib