Dünya futbolu
Dadaşovun komandası aşağı liqaya düşdü
Futbol üzrə Portuqaliya çempionatında mövsümə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Boavişta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb.
“Tondela” 34 turda topladığı 28 xalla 18 kollektiv arasında 17-ci yeri tutub və aşağı liqaya düşüb. Millimizin hücumçusu geridə qalan mövsümdə Portuqaliya çempionatında meydana çıxdığı 30 oyunda cəmi 2 qol vurmağı bacarıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib