Dünya futbolu
Dadaşovun vurduğu qol “Şalke”ni darmadağından xilas etmədi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Düsseldorf “Fortuna”sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.
“Şalke II” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…