Dünya futbolu
Daha 2 azərbaycanlı futbolçu Tailand klubuna keçdi
Məmməd Quliyevdən sonra daha iki azərbaycanlı futbolçu karyerasını Tailandda davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, Anar Babayev və Kamil Hüseynov aşağı liqada mübarizə aparan “Muanqnont Bankunmae” klubuna transfer olunub.
Hər iki futbolçuyla bir illik sözləşmə imzalanıb. Azərbaycanda “Səbail”in forması geyinən Babayev daha əvvəl də Tailand klubunda çıxış edib. O, “Sinqburi Banqrajun”un şərəfini qoruyub. Hüseynov isə əvvəl AZAL-da çıxış edib.
Bir müddət əvvəl Məmməd Quliyev Tailandın “Kamhenqphet” klubuna keçmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…