Premyer-liqa
Murad Musayev: “Daha sürətli oynamağa məcbur idik” – VİDEO
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 17-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyun çətin keçdi. Çünki “Kəpəz” kompakt, sıx müdafidə olunurdu. Bu cür müdafiəni yarmaq çətindir. Daha çox “asma”lardan və ara ötürmələrindən istifadə etməli olurduq. “Kəpəz” əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq. Gəncədən xalla qayıtmaq çox önəmli idi.
Rəqibimiz sıx müdafiə olunurdu. Biz isə daha sürətli oynamağa məcbur idik. Daha tez keçidlər etməliydik. Bunlar hamısı yekun nəticəni müəyyənləşdirdi”.
Musayev son oyunlarda xal itirmələri və komandanın azlıqda qalması haqda da danışıb:
“İlk “qırmızı”da nizam-intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bugünkü vərəqə isə olmamalı idi. Top meydandan çıxmışdı, yan xətt hakimi buna işarə edirdi. Dördüncü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi”.
BƏHRUZ MUSAYEV, Gəncə
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir