Dünya futbolu
De Rossini Oddo əvəzlədi
SPAL-ın yeni başqçisi bəlli oldu. B Seriyası təmsilçisi bir sabiq futbolçunu digəri ilə əvəz etdi.
Futbolinfo.az xəbər verir ki, “Roma”nın əfsanəsi olan Daniele de Rossi həftənin əvvəlində uğursuz nəticələrdən sonra istefaya göndərildi. O, 4 ay çalışdığı komandanı uğursuzluqdan çıxara bilmədi. İndi isə çətin işin öhdəsindən Massimo Oddo gəlməyə çalışacaq.
“Latsio”, “Milan”, “Bayern” kimi klublarda oynamış 46 yaşlı italiyalı bir sıra İtaliya klublarında işləyib. “Udineze”, “Krotone”, “Peruca”, “Peskara” və “Peskara”nın baş məşqçisi olan Oddonun son klubu ötən yay ayrıldığı “Padova” olub. Massimo yeni klubu ilə 5 aylıq müqavilə bağlayıb.