Dünya futbolu
De Yonq heç yerə getməyəcək
Frenki de Yonq “Barselona”dan ayrılmaq niyyətində deyil. “Mançester Yunayted”in onu israrla istəməsinə baxmayaraq, yarımmüdafiəçi iş yerini dəyişməyəcək.
Futbolinfo.az xəbər verir ki, Niderland millisinin üzvü bu barədənövbəti dəfə danışıb: “Ötən yay “Barselona” çətin vəziyyətdə idi və məni böyük məbləğ qarşılığında sata bilərdilər. Lakin mən qalmaq istədim. “Mançester Yunayted” bu barədə fikrimi bilə-bilə İspaniya klubu ilə danışıqlar aparırdı. Lakin qərarımda qətiyəm və heç nə dəyişməyəcək. Bacardığım qədər “Barselona”da qalacağam”.
2019-cu ildə “Ayaks”dan transfer olunan 26 yaşlı oyunçunun “Barselona” ilə mövcud müqaviləsi 3 ildən sonra bitəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”