Dünya futbolu
Derbi üçün cəzalar bəlli oldu
Son İtaliya derbisində başverənlər matçın iştirakçısı olan klublara ağır cəzalar hesabına başa gəlib. İtaliya Futbol Federasiyası olaylara qarışanları cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, İtaliya kubokunun “Yuventus”la “İnter” arasında Turində baş tutan ilk yarımfinal matçının sonunda qalmaqal yaranmış, 3 futbolçu qırmızı vərəqə almışdı. Hər şeyə azarkeşlərin matç boyunca Romelu Lukakunu irqçi şüarlarla təhqir etməsinə görə baş vermişdi. Qonaqların hücumçusu son dəqiqələrdə hesabı bərabərləşdirmiş (1:1) və fanatlara susmaları gərəkdiyini bildirən jest etmişdi. Məhz bundan sonra futbolçular arasında gərginlik yaşanmışdı.
Qərara görə, “Yuventus” azarkeşlərinin Lukakuya qarşı irqçi şüarları üzündən doğma meydandakı növbəti oyunda stadion tribunalarından birini boş saxlayacaq, ora bilet satılmayacaq;
“İnter”dən Lukaku, eləcə də belçikalı hücumçunun komanda yoldaşı Samir Handanoviç 1 oyunluq diskvalifikasiya edilir, qapıçı 10000 avro cərimələnir;
“İnter”in idman direktorunun köməkçisi Dario Baccin 20000 avro cərimələnir;
Meydan sahiblərindən Xuan Kuadrado 3 oyunluq cəzalanır – o, həmçinin 10000 avro cərimə ödəyəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?