Dünya futbolu
Dias seçimini etdi
Braim Dias Mərakeş milli komandasında oynayacaq. “Marca” qəzetinin verdiyi məlumata görə, yarımmüdafiəçinin qərarı qətidir.
Məlumata əsasən, İspaniya Kral Futbol Federasiyası oyunçuya lazımi marağı göstərməyib. Beləliklə, futbolçu dəvət alacağı təqdirdə bu ay Mərakeş millisində debüt edə bilər. Yığmanı martın 22-də Anqola , 26-da isə Mavritaniya ilə oyunlar gözləyir.
Malaqa şəhərində anadan olan Braimin valideynləri Mərakeşdəndirlər. Futbolçunun ata tərəfdən nənəsi Mərakeşdə anadan olub. Braimin özü yeniyetmə və gənc yaşlarında İspaniya millisinin şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı