Ölkə futbolu
“Dinamo” – “Neftçi”: Samir Abasovun mətbuat konfransının vaxtı açıqlandı
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” oyunu öncəsi “Neftçi”nin baş məşqçisi Samir Abasov və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, iyulun 6-da Bakı vaxtı ilə saat 19:30-dan etibarən keçiriləcək tədbir “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq. Konfransdan sonra, saat 20:00-da isə “ağ-qaralar”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Eyni məkanda həmin gün saat 18:00-da rəqib komandanın mətbuat konfransı, 18:30-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”