Bizi izləyin

Ölkə futbolu

“Dişə görə rəqib”lə Belçika sınağı

blank
blank

Tarixdə ilk dəfə Azərbaycan klubu avrokublokların “yaz fəsli”ndə “buz dövrü”nü geridə qoymağa yaxındır. Bəli, ötən mövsüm “Qarabağ” futbol tariximizdə ilkə imza avrokuboklarda qrup mərhələsini adlamağı bacarmışdı. Amma bu dəfə Ağdam klubu daha irəli getmək imkanına malikdir.

Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyununda Bakıda “Gent”i 1:0 hesabıyla məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə Belçikada ən azı üstünlüyünü qorumağa çalışacaq. Bunu bacara biləcəkmi? İlk oyunun təəssüratları altında fikir yürütməli olsaq, tunelin sonunda işıq görünür.

Bakıda oyun planında rəqibinə futbol dərsi keçən “Qarabağ” daha keyfiyyətli komanda olduğunu göstərdi. Amma Kadi Borgeslə Ovusu Kvabenanın gedişi, yeni transferlərin hələ də qol orucunu poza bilməməsi narahat olmağa əsas verir. Hələ qapıda Luka Quqeşaşvilinin durduğunu nəzərə alsaq, gözümüzün birinin arxada qaldığını da söyləməliyik. İlk oyunda “Qarabağ” etibarlı müdafiə olunduğundan, rəqib “çərçivə” istiqamətinə zərbə endirə bilmədi. Cavab oyununda bunu bacaracağımıza təminat yoxdur, evdə oynayan rəqib daha cəsarətli olacaq.

Belçika komandasının zədəli oyunçularla bağlı problemi başından aşsa da, daha aqressiv təsir bağışlayacaqlar. Bu da qapımız qarşısında təhlükəli vəziyyətlərin yaşana biləcəyindən xəbər verir. Quqeşaşvili Şahrudin kimi kobud səhvlər etməyə meylli oyunçu olmasa da, Məhəmmədliyev kimi ideal seyvləri ilə də diqqət çəkmir. Bu qapıçının ən zəif cəhəti komandanı xilas edə bilməməsidir. Ona görə də cavab oyununda nəinki müdafiə, hətta yarımmüdafiə xəttimizə də daha ağır yük düşəcək. Rəqibi zərbə mövqeyindən mümkün qədər uzaq saxlamaq lazımır. “Qarabağ”ın oyun haqda “konspekt”ində birinci sətirdə məhz bu tapşırıq qeyd olunmalıdır.

Əslində, ilk görüşdə “Qarabağ”ın matçın startından final fitinə qədər eyni əzmlə oynadığını görsək də, hissələr arasında oyun planında ciddi fərqlər var idi. İlk hissədə Zubirin sol cinahda fəallığı xüsusi yadda qalsa da, fasilədən sonra “Qarabağ” bu monotonluqdan əl çəkdi.  Doğrudur, ikinci hissənin yarısına qədər Ramil Şeydayevin qərarlaşdığı sağ cinah fəallığı ilə seçilmədi. Amma 66-cı dəqiqədə Adama Diakabinin Musa Qurbanlını əvəzləməsi vəziyyəti dəyişdi. Məhz Şeydayevin irəli atılması fonunda Adamanın birvaxtlar Kadinin qanadlandırdığı cinahı hərəkətə gətirməsi işə yaradı. Fransalı futbolçunun arxadan topu götürüb yeri gələndə meydanın ortası ilə onu daşıması “Gent”i çətin vəziyyətə saldı. Oyunun sonlarında Redon Cica ilə Yassin Benziyanın döyüşə atılması hücumlarımızı daha da kəsərli etdi.

Oyunu başa vuran heyət Belçikadakı görüşdə startda meydanda olsa, “Gent”i əks-hücumlarda tutmaq olar. Amma bu heyətin müdafiə planında effektli olacağını söyləmək çətindir. Bircə o dəqiqdir ki, Qurbanov cavab oyununda arxadakı “5-liy”ə əl gəzdirməyəcək. “5-lik” deyəndə, təbii ki, qapıçını da nəzərdə tuturuq. İlk görüşdə səhvsiz oynayan Quqeşaşvili yenə “çərçivə”yə təhkim olunacaqsa, müdafiənin cinahlarında Elvin Cəfərquliyevlə Marko Veşoviç, mərkəzdə isə Bədavi Hüseynovla Bəhlul Mustafazadə yer alacaq.

Yarımmüdafiə xəttində isə artıq “detallardan biri” sıradan çıxıb. Söhbət zədəli Marko Yankoviçin yoxluğundan gedir. İlk oyunda çox yaxşı təsir bağışlayan monteneqrolu oyunçunun Belçikada meydana çıxmayacağı heç yerinə düşmədi. Amma Qurbanovun onu əvəzləmək üçün əlinin altında seçim imkanı genişdir.  Avropa Liqasının qrup mərhələsində Qara Qareyev, Filip Ozobiç və Riçard Almeyda start heyətində meydana çıxırdısa, onlardan biri, hətta ikisi yenidən şans qazana bilər. Bəs, onlardan hansı Belçikada daha faydalı ola bilər?

Əks-hücumdan oynayacağımızı nəzərə alsaq, Qara Qarayev variantı daha məqsədəuyğun olardı. Çünki Qara topu səliqəli şəkildə almaq planında Ozobiç və Almeydadan üstündür. Ümumiyyəytlə, Filip topu “oğrulamaq” planında elə də ideal deyilsə, Riçard vərəqə almağa meyill oyunçudur. Üstəlik, Qarayev uzun ötürmələr edib topu yönləndirməkdə də seçilən futbolçulardandır. Ozobiçlə Riçard Qara ilə müqayisədə uzaqdan daha dəqiq zərbə endirə bilir. Amma bu, Bakıdakı oyunda “Qarabağ”a lazım idi ki, rəqib çox yaxşı qapanırdı. Bu oyunda isə “Gent” fərqli futbol oynayacaq. Ona görə də bu görüşdə Qarayevə şans vermək daha doğru olar.

Yenə də hər şey kapitanın fiziki formasından asılı olacaq. Çünki Türkiyədəki toplanışdan sonra hər şey dəyişə bilər. Məsələn, mövsümün ilk hissəsində Romao haqda xoş fikirlər səsləndirmək olmurdu. Amma ilk oyunda Julionun ifasında tam fərqli oyun gördük. Doğrudur, Patrik Andrade ilə müqayisədə braziliyalı yarımmüdafiəçi bir qədər ləng oynayır. Amma Romao topu almaqda və onu özündə itkisiz saxlamaqda seçilən futbolçudur. Belçikadakı matçda onun bu keyfiyyətləri “Qarabağ”a lazım olacaq.

Mövsümün ilk yarısında əsasən çempionat matçlarında meydana çıxan Leandro Andradenin cavab görüşündə oynamaq perspektivi haqda konkret fikir bildirmək çətindir. İlk oyunda qol vurmasına baxmayaraq, Andrade yenə də bəzən yersiz top itkiləri ilə yadda qaldı. Bəli, bu futbolçu aktivdir, doğru mövqelərə çıxır, amma onda bir qədər müdriklik çatmır. Bu keyfiyyyəti özündə əxz etsə, onda “Qarabağ”ın vazkeçilməz futbolçularından birinə çevriləcək.

Əslində, cavab oyununda da Andradeyə şans vermək olar.  Amma portuqaliyalı meydana çıxsa, onda gərək yenə də hücumun sivri ucunda Musa Qurbanlı qərarlaşsın. Forvardın ilk görüşdə oyunu kifayət qədər alınmadısa, o demək deyil ki, cavab matçında da zəif təsir bağışlayacaq. Gələcəyi təbii ki, görmək olmur. Amma bir suala cavab tapmaq olar: Musa öz oyun üslubu ilə belçikaılıları narahat edə bilərmi?

Ümumi planda götürsək, Qurbanlı doğru mövqe seçən və qol duyumu əla olan futbolçudur. Sadəcə, avrokuboklarda ustalıq səviyyəsi bir qədər yüksək olmalıdır. Hələ ki, Musa bu səviyyəyə yüksəlmək üçün bir qədər çalışmalıdır. Redon Cica kollektivə uyğunlaşma dövrünü adlasa idi, düşünmədən onun cavab oyununda meydana çıxacağını söyləmək olardı. İlk oyunda tirdən dönən zərbəni istisna etsək, onun hələ ki, “Qarabağ” adına gördüyü müsbət bir iş yoxdur. Deməli, Qurbanov ya oyuna Musa ilə başlayacaq, ya da Cica ilə. Amma 3-cü variant kimi Şeydayevin də hücumda oynamaq ehtimalı var. Belə olacağı halda, avtomatik Diakabi sağ cinahda qərarlaşacaq. Zubir, Şeydayev və Diakabi ilə birgə 3 xətti sürətli “magistral yolu”na çevirmək də “Qarabağ”a fayda verə bilər. Əslində, sonuncu variant bir qədər gözlənilməz olsa da, oyunun hansı məcrada keçəcəyini nəzərə alsaq, bu trio effektiv olardı.

Əlbəttə, bütün bunları “Gent”in oyun üslubunu nəzərə alıb qeyd etdik. İlk oyundan əvvəl rəqibi yetərincə təhlil etdiyimizdən, yenidən Belçika klubunun oyunçularının xarakteristikasını verməyə ehtiyac yoxdur. Bakıdakı qarşılaşmada gördük ki, onların arxa xəttinə qarşı pressinq tətbiq edib topu ələ keçirmək mümkündür. Özləri də bu silaha əl atdığından onlarla “eyni dildə” danışmaq lazımdır. “Qarabağ” ilk matçda tələyə düşmədi, amma “Gent”in oyunçuları mərkəzdə çox top itkisinə yol verdi.

Yeri gəlmişkən, “köhlən atlar”a qarşı oyundan sonra “Gent” Belçika çempionatında “Oud Heverli”yə qarşı keçirdiyi oyunda 2:0 hesabıyla qalib gəlsə də, yenə rəqibinə fərqlənmək üçün xeyli epizod “verdi”. Düzdür, rəqibimizin rəqibi bu şanslardan istifadə edə bilmədi. Amma “Oud Heverli” göstərdi ki, “Gent”i standart vəziyyətlərdən də narahat etmək olar. Künc və cərimə zərbələrindən asmaları demək olar ki, “Oud Heverli” futbolçuları qəbul etdi, Heyn Vanhazebrukun komandası hava toplarını uduzmaqla “məşğul oldu”. Sadəcə, rəqibin qeyri-dəqiq oyunu “Gent”in işinə yaradı. Təəssüf ki, bu mənada “Qarabağ” da ideal futbol oynamır. Bu komponentdə “artıra” bilsəydik, “çörəyimizin üstünə yağ çəkərdik”.

Cavab görüşündə yenə Honk, Kums, Kuypers və Orbandan ehtiyat etmək lazımdır. Bu 4 oyunçu arasında anlaşma səviyyəsi çox yüksəkdir. Mümkün qədər onların “marşrut”unun qarşısını kəsmək lazımdır. Bu mənada “Gent” Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşdığımız “Sürix”ə bənzəyir, təzyiqi artırıb rəqibin müdafiə xəttini səhv etməyə məcbur edir. Onları öndə qarşılasaq, təzyiq mexanizmləri işləməyəcək. Hə, bir də müdafiənin arxasına atılan toplarda çox zəifdirlər, geri qayıtmada problem yaşayırlar. Elə Bakıda vurduğumuz qol epizodunda da bunun şahidi olduq. “Oud Heverli” də “Gent”i belə narahat edirdi.

Ümid edək ki, “Qarabağ” “dişinə görə olan” rəqibi cavab oyununda da çox yaxşı “çeynəyəcək”. Bu mərhələni adlayıb tarix yazmaq komandamızın gücünə görədir. Uğurlar, “Qarabağ”!

ABBAS

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-04-28 16:16

“Qəbələ” “Kəpəz”ə uduzur – YENİLƏNİR

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Dünya futbolu2024-04-28 14:05

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-28 13:41

Azərbaycan cüdoçularıdan Telavidə 3 medal

blank
Əvəzedicilər2024-04-28 12:51

Əvəzedicilərin yarışında 32-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-28 11:59

“Avropa çempionu olmaq xəyalım idi” – Hacıyev

blank
Dünya futbolu2024-04-28 11:33

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti seçildi

blank
Digər idman növləri2024-04-28 11:00

Azərbaycan cüdoçularından tarixi uğur

blank
Milli komanda2024-04-28 10:44

Millimiz Tacikistanla üz-üzə

blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm