Dünya futbolu
Donnarumadan “Milan”ı qıcıqlandıracaq açıqlama
PSJ-nin qapıçısı Canluici Donnarumma sabah oynayacaqları Çempionlar Liqası matçı öncəsi açıqlama verib. 3-cü turda “Milan”ı qəbul edəcək parislilərin qolkiperi təəssüratlarını bölüşüb.
Futbolinfo.az xəbər verir ki, italiyalı qalmaqalla ayrıldığı keçmiş klubundan danışmayıb. Əvəzində Fransa təmsilçisini tərifləyib: “PSJ-də çox xoşbəxtəm. Bu, böyük bir ailədir, klubdaxili atmosfer mükəmməldir. Azarkeşlər də inanılmazdır. Hər zaman olduğu kimi yenə PSJ üçün əlimdən gələnin ən yaxşısını edəcəm”.
“Milan” yetirməsi olan 24 yaşlı əlcək sahibi 2021-ci ilin yayında PSJ-yə keçib. İtaliya millisinin üzvü o zaman “rossonyerlər”lə yeni anlaşma imzalamamış və Parisə azad agent kimi yollanmışdı. Məhz bu üzdən Milanda onu nifrətlə xatırlayır, “Dollarruma” deyə çağırırlar.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı