Dünya futbolu
Donnarumma Buffonun rekordunu yenilədi
“Milan” qapıçısı Canluici Donnarumma “Yuventus”un qolkiperi Canluici Buffonun rekordunu yeniləyib.
Futbolinfo.az xəbər verir ki, o, buna A Seriyasının 22-ci turunda “İnter”lə görüşdə (0:3) nail olub.
21 yaş 361 günlüyündə olan qapıçı yerli çempionatda 200-cü oyununa çıxıb. Beləliklə, Donnarumma 200 matç həddinə çatan ən gənc qolkiper olub.
İndiyədək ən yaxşı göstərici “Yuventus”un qapıçısı Canluici Buffona məxsus idi- 24 yaş 84 gün.
Qeyd edək ki, Donnarumma A Seriyasında debüt matçına 2015-ci il oktyabrın 25-də çıxıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?