Digər idman növləri
Dünya çempionatında sensasiya
Hokkey üzrə gənclər arasında dünya çempionatında sensasiya baş verib. ¼ final mərhələsində Kanada komandası mübarizəni dayandırıb. Çexiya millisi 3:2 hesabı ilə qalib gəlməklə son dünya çempionunu evə göndərib.
Çexlər qələbə qolunu matçın sonuna 11 saniyə qalmış vurublar. Xatırladaq ki, 2019-cu ildən bəri Kanada ilk dəfədir ki, Çexiya millisinə məğlub olur.
Digər oyunlar da gərginliyi ilə yadda qalıb. Çempionatı qəbul edən İsveç millisi çətinliklə də olsa, İsveçrəni məğlubiyyətə uğradıb. Halbuki meydan sahiblərinin oyunun əvvəllərində böyük üstünlüyü olub. İsveç yalnız overtaymda qalib gəlməyi bacarıb.
Əlavə periodda başa çatan digər görüşdə Filandiya Slovakiyanı 4:3 hesabı ilə məğlub edib. Digər ¼ final qarşılaşmasında ABŞ Latviyaya 7:2 hesabı ilə qalib gəlib.
Beləliklə də, yarımfinallarda İsveç Çexiya ilə, ABŞ isə Finlandiya ilə qarşılaşacaq.