Digər idman növləri
Dünya çempionatının medalları büllurdan hazırlanacaq
Hokkey üzrə bu il keçiriləcək dünya çempionatının təşkilat komitəsinin prezidenti Petr Brziza turnirin qaliblərinin büllurdan hazırlanmış medallarla təltif olunacaqlarını bildirib. Bu addımı atmaqda məqsəd Çexiya hokkey ənənələrini rəmzləşdirməkdir. Medalların çəkisi 250 qram olacaq.
“2015-ci ildə olduğu kimi, təşkilat komitəsi Çexiyanın gözəlliyinə, hokkey tarixinə, ruhuna istinad edərək orijinal medalları seçib. Medalların dizaynı bizim riayət etməli olduğumuz IIHF-nin qaydaları ilə müəyyən edilir. Bununla belə, hər bir təşkilatçı unikallığı nümayiş etdirmək üçün özünəməxsus tərz seçir. İstehsal prosesi zamanı medalların gözəl və formaların üzərində qeyri-adi görünməsinə diqqət yetirmişik. Biz yekun nəticədən razıyıq”, – deyə Beynəlxalq Hokkey Federasiyasının mətbuat xidməti Brzyzanın sözlərindən sitat gətirib.
Xatırladaq ki, hokkey üzrə dünya çempionatı mayın 10-dan 26-dək Praqa və Ostravada keçiriləcək. Hazırkı dünya çempionu 2023-cü ilin final oyununda Almaniya komandasına qalib gələn Kanada yığmasıdır.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı