İtaliyanın “Chi Magazine” nəşri, tennisçilər – italyan Yannik Sinner və rusiyalı Anna Kalinskayanın fotolarını paylaşıb. Paparassilər istirahətdə olan cütlüyü Sardiniyada tuta bilib.

Şəkillər Sinnerin İtaliyanı Parisdə keçiriləcək Olimpiya Oyunlarında təklərdə, həmçinin Lorenzo Muzetti ilə cütlükdə təmsil etməyə hazırlaşdığı barədə məlumatlar ilə müşayiət olunub. Kalinskayanın da neytral idmançı kimi Olimpiadada iştirakdan imtina etdiyi vurğulanır.

Xatırladaq ki, dünya reytinqinin bir nömrəsi Sinnerlə Kalinskaya münasibətlərini Parisdə keçirilən “Rolan Qarros” turniri zamanı açıqlamışdılar.

Olimpiya tennis turniri iyulun 27-dən avqustun 4-dək keçiriləcək. Rusiyalı xanım tennisçi Vaşinqtonda (ABŞ) iyulun 29-da başlayacaq turnirdə qeydiyyatdan keçib.

blank
Shares: