Dünya futbolu
“El klasiko”dakı gərginliyin səbəbi – “Sən pissən!”
“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Real”ı səfərdə 1:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, bu matçda Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ilə “kral klubu”nun müdafiəçisi Daniel Karvahal arasında mübahisə yaranıb.
Gərginliyin yaranmasına səbəb Karvahalla “Barsa”nın futbolçusu Alexandro Baldenin toqquşması olub. İspaniyalı mütəxəssis həmin epizoddan sonra “Real”ın oyunçusuna “Sən pissən!” deyib. Tərəfləri digər oyunçular sakitləşdiriblər.
Xatırladaq ki, “Barselona” ilə “Real” arasındakı cavab qarşılaşması aprelin 5-də Kataloniyada baş tutacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq