Dünya futbolu
“Elçe” “Barselona”ya məğlubiyyət verilməsini tələb edir – Qaviyə görə
“Elçe” “Barselona” ilə matçın nəticəsinin ləğv olunması üçün İspaniya Futbol Federasiyasına rəsmi müraciət edib. Ötən həftə keçirilən və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın yenidən keçirilməsi və ya “Barsa”ya məğlubiyyət verilməsi tələb olunur.
Futbolinfo.az xəbər verir ki, buna səbəb Qavinin oyunda iştirakıdır. “Barselona”nın yarımmüdafiəçisinin əsas komandada rəsmi qeydiyyatı federasiya tərəfindən ləğv olunduğu üçün “Elçe” şikayətçidir.
Rəsmi qeydiyyatın ləğv olunması o deməkdir ki, Qavinin bu mövsüm oynaması yasaqdır. Futbolçu nə əsas, nə də əvəzedici heyətdə oynaya bilməz. Daha öncə yarımmüdafiəçinin gənclər komandasında qeydiyyatı var idi və bu, onun əsas komandada oynamasına imkan verirdi. İndi isə vəziyyət dəyişib.
Doğrudur, Qavi bu vəziyyətdə bütöv bir mövsüm keçirib. Lakin “Elçe” qanunları rəhbər tutaraq iddia qaldırıb. Yekun qərarı federasiya verəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?