Bizi izləyin

Ölkə futbolu

Elçin Usubla proqnozlaşdırdığımız FACİƏ – zamanı çatdı

blank
blank

“Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usubdan müsahibə götürərkən hələ mövsüm yeni başlamışdı. Komanda sonuncu pillədə, klub rəhbərliyi isə quruculuq işləri ilə məşğul idi. Lakin atılan addımlardan aydın olurdu ki, bu gedişlə sonluq yaxşı olmayacaq.

İndi komanda sonuncu pillədədi və Premyer Liqanı tərk etməyə əsas namizəd sayılır. Hələ o zaman hamının gördüyü, “Şamaxı” rəhbərliyinin qəbul etmədiyi istəmədiyi həqiqət bölgə təmsilçisinin başı üzərindən Domokl qılıncı kimi asılıb.

Həmin müsahibədən seçilmiş, bu günün proqnozlaşdırıldığı hissələri diqqətinizə çatdırırıq:

– Mövsümöncəsi təqdimat mərasiminə demişdiz ki, sonuncu yeri tutmaq faciə olacaq. Amma seçdiyiniz yol sizi buna aparır. Yerli gənclərə şans vermək strategiyanız uğurlu sayıla bilər, bununla belə, hazırkı heyətlə komandanın sonuncu olacağı ehtimalı çox böyükdü, buna məhkumdu. Əvvəlki illərdən fərqli olaraq bu dəfə sonuncu olacaq komandanın diviziona düşəcəyi gözlənilir. O zaman indi seçdiyiniz strategiyaya da zərbə dəyməyəcəkmi?

– Vaxtı gələndə bu barədə düşünəcəyik. Bəli, gənclərə, yerlilərə güvənmək yaxşıdı, lakin o da düzdü ki, peşəkar idmandayıq, nəticəni də düşünməliyik. Premyer Liqada qalmaqda maraqlıyıq. Yalnız region futboluna töhfə verməyi, yerli gəncləri üzə çıxarmağı qarşımıza məqsəd qoyduğumuzu desək, səmimi olmarıq. Təbii ki, nəticəni də düşünürük. Sonuncu yeri faciə sayacağımızı yenə də təkrarlayıram. Gedişata baxacağıq, indi seçdiyimiz strategiyanın ümumi məqsədlərə çatmağımıza əngəl olacağını gördükdə müəyyən korrektələr edəcəyik. Qış transfer pəncərəsi zamanı bu məsələyə yenidən qayıdacağıq, strategiyamızda müəyyən dəyişiklik mümkündü.

– Qışda gec olmayacaqmı? O zaman dəyişiklik etsəz, yekunda həm uğursuzluq real ola, həm də seçilmiş strategiyadan imtinanın fəsadları üzə çıxa bilər. Kəsəsi, hər iki vəziyyətdə planların baş tutmaması mümkündü. Bu riski gözə almısız?

– Uğur qazanmaq üçün müəyyən risklər də lazımdı. Bizim əsas uğurumuz regiona futbolu gətirməyimizdi. Səbirli, məqsədyönlü, alt yapını da inkişaf etdirərək irəliləmək istəyirik. Niyyətimiz Premyer Liqada qala-qala regionda futbolu inkişaf etdirmək, öz yetirmələrimizi üzə çıxarmaqdı. İki dövrədən sonra elə vəziyyət yarana bilər ki, nəyisə dəyişək. Amma çıxılmaz duruma düşəcəyimizi düşünmürəm.

– İndi seçdiyiniz yerli gənclərə güvənmək strategiyası həm də maliyyə problemlərinə görə məcburiyyətdən atılmış addım ola bilərmi?

– Qismən hə. Hadisələr elə cərəyan etdi, komandanı elə şəraitdə qəbul etdik ki, ən azı bir neçə legioner cəlb etmək imkanımız olmadı. Büdcə problemləri var, risk etsəydik, 2-3 aydan sonra yarıyolda dayanardıq. Xərclərin həcmini böyük götürərdik, sonra davamı gəlməyəndə çətinə düşərdik.

– Klubun büdcəsi, maliyyə mənbəyi haradandı?

– Əsas büdcə dövlətin ayırdığı vəsait olacaq. Eyni zamanda ciddi danışıq apardığımız müxtəlif sponsorlar var, yaxın vaxtlarda müsbət nəticələr olmalıdı.

– Məncə, riskləriniz həddindən artıq çoxdu. Yeni komanda qurulur, yerlilərə, əsasən də gənclərə güvənilir və böyük futbolda heç bir iş təcrübəsi olmayan iki baş məşqçiniz var.

– Zaman göstərəcək. Uğur qazanmaq üçün bəzən müəyyən risklər etməlisən. Obyektiv müşahidə ilə həddindən artıq riskli görünə bilər.

– Məncə, bu məsələdə risk həddindən artıq çoxdu və zamanı gözləmədən də indidən bəzi qənaətlərə gəlmək olar…

– Komandanın göstərdiyi oyun hələ ki, ümid verir. Hər oyundan sonra müzakirələr aparırıq. Vəziyyət nəzarətimizdədi.

– Əvvəlki rəhbərlikdən sizə nə qədər borc miras qalıb?

– Bəlkə də gizli qalması lazım olan məsələdi. O məsələlərin həlli ilə bağlı danışıqlar gedir. Bildiyiniz kimi, “Şamaxı” ictimai birlik kimi yaradılmış qurumdu. Zaur Axundov təsisçi olub, onunla klub arasında bəlli maliyyə münasibətləri var idi, təsisçi payı olaraq kluba yardım edib. Bunların tənzimlənməsi üçün danışıqlar gedir. Böyük ehtimalla klubun inkişafını ləngitməmək, kluba yardım etmək anlamında səxavətli addımlar Zaur müəllim tərəfindən atılacaq. Rəsmiləşməni gözləyirik. Məbləğ deməyəcəm, çox güman, təsisçi tərəfindən kluba olan borcun hətta bağışlanması yönündə də iş gedir.

– İstənilən halda sabiqlərdən qalan borc indiki büdcədən ödənilməyəcək…

– (uzun pauza) Biz o məbləğlərin altına girə bilmərik. Danışıqlar yolu ilə məsələləri həll etməyə çalışırıq. “ASK Arena”ya və s. iyun ayı ilə bağlı xırda borclar var, zamanla onlar bağlanacaq. Borc klubundu, onu köhnə, yoxsa yeni rəhbərliyin “bağlamasını” yaxın vaxtlarda özümüz həll edəcəyik. Amma məbləğlər o qədər böyük deyil ki, klubun mövcudluğunu, gələcəyini sual altına alsın. Klubla təsisçi arasında olan məsələlərdi və Axundovun səxavətli addımı sayəsində problemin tezliklə həll olunacağını gözləyirik.

– “Şamaxı”nın infrastrukturunun genişləndirilməsi, klub işinin böyüdülməsi, əhatənin çoxalması üçün hansı planlar var?

– Obrazlı desək, bu bir ayda qismən yanğınsöndürmə işi ilə məşğul olmuşuq. Lisenziyalaşdırma məsələləri, komandaların təşkili, çempionatda iştirakın təmin olunması – bütün bunları tənzimləyə bildik. İndi İdarə Heyəti olaraq düşünəcəyik, məsləhətləşəcəyik, birillik, üçillik və daha uzunmüddətli planlarımızı müəyyənləşdirəcəyik. Bir az zaman lazımdı, ictimaiyyətə məlumat veriləcək.

Elçin Usubun razılaşdığı “faciə” qapıdadır. “Şamaxı” sonuncu pillədədir və “Xəzər Universiteti”ndən “İnter”ə, daha sonra “Keşlə”yə və nəhayət, “Şamaxı”ya çevrilən klub mövcud olduğu 26 il ərzində ilk dəfə I Diviziona yollanmaq üzrədir. Və bütün bunlar Usubun seçdiyi səhv strategiyanın nəticəsidir. Klub rəhbərliyinin büdcəyə hədsiz qənaət etməsi, bəlkə də maliyyəni sələflərinin borclarına yönəltməsi üzündən belə bir vəziyyət yaranıb.

Fakt odur ki, bəh-bəhlə açılışı edilən müasir Şamaxı stadionu, İmişli, Lənkəran, Yevlax və s. şəhərlərin stadionları kimi Premyer Liqaya həsrət qalacaq, bəlkə də uçulub-dağıacaq. Bütün bunlar isə məhz idarəçi səriştəsizliyi üzündən reallaşacaq.

Usub himayədarlarını prosesə qoşub və indi öz günahlarını sığortalamaq üçün dəstək axtarmaqla məşğuldur. AFFA-ya hər cür təzyiq edilir, “məsləhət bilinir” ki, Premyer Liqada komanda sayı artsın və onlar elitada qalsınlar. Bir növ səriştəsizliklərini sığortalamaq üçün idman prinsiplərindən üz döndərilməsini, çempionatın nizama salınmasının ertələnməsini, Əsasnamənin pozulmasını istəyirlər. Halbuki Əsasnaməni, reqlamenti yox, bu adamların özlərini dəyişmək lazımdır. Futbola calaq olmaqdansa, bacarıqlı mütəxəssis kimi öz sahələrində daha faydalı ola bilərlər.

Təbii ki, kimsə sonuncu olmalı, yarışı tərk etməlidir. Meydanda qalib ola bilməyənlərin bunu kabinetlərdə etməyə çalışması təəssüf doğurur. Məğlubları yalançı qalib etməyin faydası yoxdur, kimlərinsə könlü xoş olsun deyə başqalarının haqqını yemək, xaosa səbəb olmaq, pis tendensiya yaratmaq mənasızdır. Elə “Şamaxı”nın sələfi olan “Keşlə” də vaxtilə sonuncu olmuş, amma Diviziona düşməmişdi, lisenziya oyunları ilə elitada qorunmuşdu. Zaman göstərdi ki, bu, yanlış addımdır. Başqa adı olsa da, həmin komandadır, yenə son pillədə sürünür, yenə kabinetlərdə kömək axtarır, milyonlar xərclənir, gələnlər gedənlərin borcunu ödəyir, hər cür hoqqa verirlər.

Bəs, bu klubun Azərbaycan futboluna faydası nədir? Yerli futbolçulara şans verirlər! Nə olsun? Həmin futbolçuların demək olar, hamısı başqa klublardan icarəyə götürülüblər, klubun öz yetirmələri yoxdur. Belə komanda Premyer Liqada süni şəkildə saxlanmamalıdır. Həqiqətən uzunmüddətli strategiya varsa, elə Divizionda təcrübə yığıb daha yaxşı səviyyədə qayıtmaları mümkündür. Premyer Liqada aşağı dəstə təfəkkürü ilə komanda quranlar layiq olduğu yerə getsə yaxşıdır.

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm