Ölkə futbolu
Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında
FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında iştirak edəcək.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/24 yay kursunda iştirak edəcək.
Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilmiş referilər dəvət edilib.
Toplantının əsas məqsədləri bunlardır:
- UEFA-nın əvvəlki mövsümdəki oyunlarının təcrübəsini öyrənmək;
- Yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq;
- İştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaq.
Məsiyev isə 29-31 avqust tarixlərində UEFA-nın baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqramda iştirak edəcək.