Bizi izləyin

Premyer-liqa

Elmar Baxşıyev: “Dayanmaq fikrimiz yoxdur”

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Zirə” – “Qəbələ” oyunundan (0:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, o, qalib gəldikləri matçla bağlı bu fikirləri səsləndirib:

“Hər iki komanda üçün ağır oyun oldu. Hər iki komanda xarakter göstərdi. Lakin bu hesab heç kimi aldatmasın. “Qəbələ” həmişə çempionat ərzində meydanda iddiasını göstərib. Uduzduğumuz oyunlarda da komandamdan razı qalmışam. Mövsüm ərzində necə idisə, bu gün də uşaqlar tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur. Çemionatı layiqli şəkildə bitirməyə çalışacağıq. İndi avrokubok yox, “Neftçi”yə qarşı növbəti matç barədə düşünürük”.

Baxşıyev komandada maliyyə probleminin olduğunu etiraf edib: “Əlbəttə, maliyyə klubun hər şeyidir. İnanıram ki, bu, komandamıza az təsir edəcək və sonadək xarakter göstərəcəyik. Bizi rəqiblər düşündürmür. Əsas fikrimiz öz oyunlarımızadır. Mövsümün sonu necə olacaq, heç kim bilmir”.

Mütəxəssis iki aya yaxındır qələbə qazana bilməmələrinin səbəbini də açıqlayıb: “Səbəblər müxtəlif ola bilər. Məsələn, maliyyə problemi də əlavə təzyiqlər yarada bilər. Özünüz də görürsünüz ki, heyətimiz çox kasaddır. Cəzalı və zədəlilərimiz çox olur. Optimal heyəti yığdıqda meydanda daha əzmkar oluruq. Qara zolaqda deyildik. Sadəcə, optimal heyətlə çıxış edə bilmirdik”.

Baş məşqçinin sözlərinə görə, komanda olaraq hakimlik haqqında ən sonda düşünürlər: “Daha çox futbolçularıma güvənirəm, inanıram ki, peşəkarlıqlarını sona kimi qoruyacaqlar. Lehimizə də, əleyhimizə də hakim qərarları olur. Dünya futbolunda belə hallar müşahidə olunur. Bunun üstündə dayanmaq fikrimiz yoxdur. Bizim kimi, hakimlər də səhv etməlidirlər”.

Baxşıyev oyunun gedişində zədələnən Urfan Abbasovun durumundan da söz açıb: “Əvvəlki zədəsini təzələdi. Çarpaz bağlarında ikinci dərəcəli zədə var. Ümid edirik ki, qısa müddətə qayıdacaq. Adının “Neftçi” və “Sabah” kimi klublarla birgə hallanmasına gəlincə, əvvəlcə çempionatı sona çatdıraq. Kollektiv çox mehribandır. İnanıram ki, komandanın bir yerdə qalması üçün hər bir şərait yaradılacaq”.

“Qəbələ”nin UEFA Konfrans Liqasına vəsiqə qazanmaq şanslarını dəyərləndirən mütəxəssis bildirib ki, büdcənin geniş olması komandanın avrokuboklarda yaxşı çıxış etməsinə səbəb olar: “Buna ən çox mən sevinərəm. Mövsüm ərzində 14-15 futbolçu ilə oynayırıq. İnanırıq ki, hər şey yaxşı olacaq”.

Reklam
-------!>
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Ölkə futbolu2022-06-30 10:14

“Neftçi” Türkiyə klubu ilə qarşılaşacaq

Dünya futbolu2022-06-30 10:00

“Monako”da iki ayrılıq

Dünya futbolu2022-06-30 09:29

Liqa 1 klubunda yeni baş məşqçi

Ölkə futbolu2022-06-30 09:00

“Şamaxı” Ramiz Mirzəyevin kadrına tapşırılır

Premyer-liqa2022-06-30 02:00

Premyer Liqa klublarının yay transferləri – YENİLƏNİR

Digər idman növləri2022-06-30 01:19

Azərbaycan millisi Andorraya da məğlub oldu

Dünya futbolu2022-06-30 00:24

Lukaku rəsmən “İnter”də

Digər idman növləri2022-06-30 00:02

İddiaçılar Turniri: Rəcəbovdan liderlə heç-heçə

Ölkə futbolu2022-06-29 23:40

Şamaxı finalında sevinən tərəf Belarus təmsilçisi oldu

Digər idman növləri2022-06-29 23:00

Yunan-Roma güləşində yeni rekord!

Digər idman növləri2022-06-29 22:31

Avropa çempionatında daha 3 medal

Ölkə futbolu2022-06-29 22:14

“Qarabağ”dan bir gündə iki heç-heçə

Ölkə futbolu2022-06-29 21:52

Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan oyunda 12 qol – FOTOLAR

Digər idman növləri2022-06-29 21:16

Elnurə Məmmədova Avropa çempionatının finalında

Ölkə futbolu2022-06-29 20:44

“Qarabağ”ın səhmləri satışa çıxarıldı

Digər2022-06-29 20:17

Azərbaycanda daha 3 idman federasiyası ləğv olundu

Ölkə futbolu2022-06-29 19:54

Baxşıyev “Qəbələ”nin “Fehervar”la oyunlara hazırlığını dəyərləndirdi

Dünya futbolu2022-06-29 19:21

Tite Neymarın məşqçilərini “eşşək” adlandırdı

Ölkə futbolu2022-06-29 18:45

“Zirə” Rumıniya klubuna məğlub oldu

Digər idman növləri2022-06-29 18:37

Azərbaycanlı hakim AÇ-yə təyinat aldı

Ölkə futbolu2022-06-29 18:01

“Sumqayıt”da ayrılıq

Dünya futbolu2022-06-29 17:39

“Qəbələ”dən ayrıldı, Kipr klubu ilə müqavilə bağladı

Dünya futbolu2022-06-29 17:00

“Qarabağ”ın rəqibi portuqaliyalı futbolçu ilə gücləndi

Digər idman növləri2022-06-29 16:41

Mübariz Mənsimov azərbaycanlı güləşçi ilə görüşdü – FOTO

Ölkə futbolu2022-06-29 16:22

“Neftçi”nin baş məşqçisi yenə evlənir

Ölkə futbolu2022-06-29 16:06

“Poznandan əlverişli nəticə ilə dönmək vacibdir” – Veşoviç

Ölkə futbolu2022-06-29 15:43

“Neftçi”nin futbolçusu “Turan Tovuz”da!

Ölkə futbolu2022-06-29 15:22

“Neftçi” bizimlə eyni vəziyyətdədir” – “Aris”in baş məşqçisi

Digər idman növləri2022-06-29 15:02

DÇ: Azərbaycan millisi Portuqaliyaya rəqib oldu

Ölkə futbolu2022-06-29 14:40

“Zirə”nin rumınlarla yoxlama matçının başlama saatı dəyişdi

Digər idman növləri2022-06-29 14:21

Yığmamız yeni baş məşqçinin rəhbərliyi altında hazırlığa başladı

Dünya futbolu2022-06-29 14:00

Türkiyə millisinin üzvü yenə icarəyə verildi

Ölkə futbolu2022-06-29 13:41

“Sabah” daha bir futbolçusunu “Turan Tovuz”a icarəyə verdi

Digər idman növləri2022-06-29 13:20

Bu gün millimizin rəqibi müəyyənləşəcək

Ölkə futbolu2022-06-29 13:00

“Turan Tovuz” sabiq futbolçusunu icarəyə götürdü

Ölkə futbolu2022-06-29 12:40

“Neftçi” Türkiyəyə gedir

Milli komanda2022-06-29 12:22

“Nəticə oyuna görə olmadı” – Millinin baş məşqçisi

Dünya futbolu2022-06-29 12:00

A Seriyası klubunda baş məşqçi ayrılığı

Dünya futbolu2022-06-29 11:41

“Qalatasaray”da növbəti ayrılıq

Digər idman növləri2022-06-29 11:21

Teymur Rəcəbov liderə qarşı

Dünya futbolu2022-06-29 11:00

Mahir Emreli: “Özümdən daha çox şey gözləyirəm”

Dünya futbolu2022-06-29 10:30

Əmrə Mor “Fənərbaxça”da

Dünya futbolu2022-06-29 10:00

“Real” və PSJ-nin sabiq forvardı Super Liqa klubunda

Dünya futbolu2022-06-29 09:41

“Liverpul”u “Monako”ya dəyişdi

Dünya futbolu2022-06-29 09:22

“Şerif”in ÇL matçının məkanı dəyişdirildi

Dünya futbolu2022-06-29 09:00

“Visla”dan bir gündə iki qələbə – Krivotsyuksuz

Digər idman növləri2022-06-29 00:13

Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

Dünya futbolu2022-06-28 23:50

Mahir qol vurdu, “Dinamo” yenə darmadağına sevindi

Dünya futbolu2022-06-28 23:40

“Qarabağ”la oyundan öncə əzmkar qələbə

Milli komanda2022-06-28 23:24

Azərbaycan millisindən Türkiyə yığması ilə məhsuldar heç-heçə